tezbaza.az köməkçisi — bina.az + WhatsApp (Chrome / Edge eklentisi)
===========================================================

Nə edir?
  Saytda elanın detay səhifəsində «bina.az-da paylaş» → məlumatları yoxlayın → «Təsdiqlə: formu doldur».
  Eklenti bina.az/items/new səhifəsini açır və formu SİZİN bina.az hesabınızda doldurur:
  elan növü, kateqoriya, rayon, otaq, sahə, mərtəbə, təmir, qiymət, təsvir və su nişanısız şəkillər.
  HEÇ NƏ GÖNDƏRMİR — sonda «Davam etmək» düyməsini özünüz basırsınız.

  WhatsApp (v1.1): detay səhifəsində «WhatsApp-da evaxtar linkini göndər» (və ya «Uyğun müştərilər»
  bölməsində müştərinin altındakı düymə) → müştərini seçin, mesajı yazın → «Göndər».
  Eklenti WhatsApp Web-i açır, söhbətə mesajı + elanın evaxtar linkini yazır və GÖNDƏRİR.
  WhatsApp Web-ə ilk dəfə telefonla QR kodu skan edib daxil olun — sonra mesaj avtomatik gedəcək.
  Mesaj mətni yadda qalır; {ad}, {qiymət}, {başlıq} müştəriyə / elana görə dəyişir.

Quraşdırma (bir dəfə):
  1) bina-eklenti.zip faylını bir qovluğa çıxarın (sağ klik → Extract All).
     Qovluğu silməyin — Chrome eklentini oradan işlədir.
  2) Chrome-da ünvan sətrinə yazın:  chrome://extensions   (Edge: edge://extensions)
  3) Sağ yuxarıda «Developer mode» (Geliştirici modu) açarını yandırın.
  4) «Load unpacked» (Paketlenmemiş öğe yükle) basın və çıxardığınız qovluğu seçin.
  5) Saytı yeniləyin (F5).

İlk dəfə:
  bina.az-a öz hesabınızla daxil olun (eklenti şifrənizi görmür və saxlamır).
  Daxil olunmayıbsa eklenti bina.az səhifəsində xəbərdarlıq göstərəcək: daxil olun,
  sonra sağ aşağıdakı paneldə «Yenidən doldur» basın.

Yeniləmə:
  Saytdan yeni bina-eklenti.zip endirin, köhnə qovluğun üstünə çıxarın,
  chrome://extensions-da eklentinin üzərindəki ⟳ (Reload) düyməsini basın.

Qeyd:
  Saytın ünvanı dəyişsə (öz domeniniz), manifest.json faylındakı "ilan-takip.vercel.app"
  yazılan yerlərə yeni ünvan əlavə olunmalıdır.
